Fatimə Mövlamlıya şiddət göstərən polislər vəzifədən kənarlaşdırıldı


“Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən jurnalistlərə qarşı xüsusilə Fatimə Mövlamlıya qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşları tutduğu vəzifədən kənarlaşdırılıb. ”

Yeniavaz.com xəbər verir ki, bu barədə "Amerikanın Səsi"nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, nəinki jurnalist, heç bir vətəndaşa belə hər hansı bir hüquqa zidd əməl törədilməsi qəbul edilməzdir.

“Bununla bağlı orada yaranan xoşagələməz halla bağlı inzibati tənbeh tədbiri görülüb ki, nəticə də bəllidir.
Xatırladaq ki, jurnalist Fatimə Mövlamlıya qarşı polis zorakılığının olması ilə bağlı xəbər yayımlamışdıq.

DİGƏR XƏBƏRLƏR

Top