"Serjantlar məni bölmədə yerə yıxıb təpiklədilər" - FOTOLAR + YENİLƏNİB


İctimai fəallar – Fatimə Mövlamlı və Sevinc Sadıqova sərbəst buraxılıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə F. Mövlamlı sosial şəbəkə hesabında paylaşım edib. Jurnalist 9-cu polis bölməsində zorakılığa məruz qaldıqlarını iddia edib:
“Prezident Administrasiyası qarşısında aksiyada polis əməkdaşları tərəfindən saxlanıldıq. Telefonlarımızı əlimizdən alıb, reportajlarımızı silməyimizi istədilər. 9-cu polis bölməsində serjantlar bölmə rəhbərliyinin gözü qarşısında məni iki dəfə yerə yıxıb, təpiklədilər. "Botinka" izləri indi də ayağımda görünür. Gödəkçəmi cırdılar. Daha ətraflı yazacağam. Dəhşət saatlar idi”.



***12:42


İctimai fəal və jurnalistlər Fatimə Mövlamlı ilə Sevinc Sadıqova polis tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə F. Mövlamlı sosial şəbəkə hesabında paylaşım edib.
“Prezident Aparatının qabağında çəkilişdə idik. Polis əməkdaşları məni və Sevinc Sadıqovanı saxladılar. Post-patrul maşınında gedirik. Telefonlarımızı əlimizdən almağa çalışırlar. Çəkiliş videolarımızı silməyi tələb edirlər”, - deyə F. Mövlamlı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top