“Yetər, Ramiz Mehdiyev, paltonu götür və o müqəddəs ocağı tərk elə!”


Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev ötən gün keçirilən Rəyasət Heyətinin iclasında Tarix İnstitutu ilə bağlı sərt fikirlər səsləndirib. Qurum rəhbəri sözügedən İnstitutda qeyri-sağlam iş mühiti olduğunu qeyd edib.

Tarix İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov isə ötən gün R. Mehdiyevin fikirlərinə sərt reaksiya verib. O AMEA prezidentini məişət səviyyəli intriqalarla məşğul olmaqda ittiham edib və bu gün - yanvarın 21-də həm tutduğu vəzifədən, həm də Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa verəcəyini bildirib.

Yeniavaz.com xəbər verir ki, məsələyə millət vəkili Fəzail Ağamalı da münasibət bildirib. O, bu barədə sosial şəbəkələrdə yazıb və R. Mehdiyevi tutduğu vəzifəni tərk etməyə çağırıb:

“Bütün varlığı ilə işıqlı, milli insanlarımıza qənim kəsilən “Boz kardinal” nəhayət daha bir təmiz imici olan professor, görkəmli tarixçi alim Kərim Şükürovu hədəfə alıb, utanmadan, usanmadan özünün fövqündə dayanan alimi mənəvi repressiyaya hədəfləyib. Yetər, Ramiz Mehdiyev, paltonu götür və o müqəddəs ocağı tərk elə!”.

DİGƏR XƏBƏRLƏR

Top