Ramiz Mehdiyev AMEA-da yazılan anonim məktublara görə xəbərdarlıq etdi


“Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir”.

Yeniavaz.com xəbər verir ki, bunu Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirərkən deyib.

“Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir.

İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm”, - R.Mehdiyev vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top