Tərbiyəçi uşağı bu bağçada döyüb - FOTOLAR


Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub.
Yeniavaz.com
xəbər verir ki, hadisə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib. Belə ki, sözügedən bağçanın sosial şəbəkələrdəki hesablarında onlarla azyaşlının yemək yeyərkən çəkilmiş fotoları var. Hansı ki, zorakılıqla bağlı yayılan görüntülərdə də, tərbiyəçi uşağı yemək yeyərkən fotosunu çəkməyə razı salmağa çaışır. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə sözügedən tərbiyəçinin azyaşlının qohumu olduğunu və artıq işdən çıxarıldığını bildirib.


Qeyd edək ki, hadisə ilə bağlı həm Təhsil, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.

DİGƏR XƏBƏRLƏR

Top