Bağçada azyaşlıya edilən şiddətlə bağlı Təhsil Nazirliyi də açıqlama yaydı - VİDEO + YENİLƏNİB


Sosial şəbəkələrdə uşaq bağçalarının birində körpəyə qarşı şiddəti əks etdirən görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında münasibət bildirib.

“Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır və nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək”, - nazirlik rəsmisi vurğulayıb.\

***23:25
Azərbaycanda bağça tərbiyəçisi azyaşlı uşağa qarşı vəhşi hərəkət edib. Belə ki, özünü “tərbiyəçi” bilən qadın azyaşlıya qarşı şiddət göstərib.

Yeniavaz.com xəbər verir ki, bəhs edilən görüntü insanların hiddətinə səbəb olub.

Belə ki, 2-3 yaşlarında körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən tərbiyəçinin düşdüyü vəziyyət əslində əksər bağçalarda mövcud olan durumu göstərir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

Həmin görüntüləri təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top