Bəhram Bağırzadə "üzr videosu" yaydı – VİDEO


Əməkdar artist Bəhram Bağırzadə ironik yanaşma ilə bütün qadınlardan, Bakıya gələn turistlərdən və s. şəxslərdən üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial media hesabında video paylaşıb.
Videoda B. Bağırzadə adını çəkdiyi şəxslərdən üzr istəyib. Bildirib ki, dostları ilə qonaqlığa gedir. Və hər ehtimala qarşı bu videonu çəkir.
Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri əməkdar artistin bu ironiyalı hərəkətini Daxili İşlər Nazirliyinin məlum videoları ilə əlaqələndiriblər. Belə ki, Nazirlik tərəfdən inzibati xəta törədən şəxslər polis bölmələrinə gətirilir və üzr istəmə görüntüləri çəkilib yayılır. Son günlər də belə hal hadisələr aztəminatlı şəxsləri təhqir etdiyi deyilən “Gelandewagen” sürücüsü Samid Bağırov və bayraqla avtomobilini təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü ilə bağlı yaşanıb. Bəzi sosial şəbəkə istifadəçiləri isə Samid Bağırovun üzr videosuna birmənalı yanaşmayıb. Onlar bildiriblər ki, onun hərəkətində üzrlük heç bir motiv yer almayıb.

DİGƏR XƏBƏRLƏR

Top