Kasıbları təhqir edən “Galendewagen” sürücüsü üzr istədi - YENİLƏNİB + VİDEO

Sosial şəbəkələrdə Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü saxlanılıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bildirilib ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb:

“Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib”.

 


***17:54
Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü barədə araşdırma aparılır. 

 

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.

Həmin görüntüləri təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top