Mətbuat katibi Nazarbayevin harda olduğunu AÇIQLADI - FOTO


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nursultandadır.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun mətbuat katibi Aidos Ukibay bildirib.

“Xahiş edirəm, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın. "Elbaşı" bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevlə birbaşa təmasdadır. O, hazırkı çağırışların öhdəsindən gəlmək və ölkəmizin bütövlüyünü təmin etmək üçün hər kəsi Qazaxıstan Prezidentinin ətrafında birləşməyə çağırır" -, mətbuat katibi bildirib.

O, həmçinin bildirib ki, Nazarbayev dost dövlətlərin başçıları ilə telefon danışığı aparıb.

Qeyd edək ki, ötən gün Nazarbayevin ailəsi ilə birlikdə ölkədən çıxdığı iddia edilirdi.

DİGƏR XƏBƏRLƏR

Top