Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və qızları ailələri ilə birlikdə Qazaxıstanı tərk edib, ölkədə yalnız böyük qardaşı Bolat Nazarbayev qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “orda.kz” saytı məlumat yayıb.
Bildirilir ki, eks-prezidentin hazırda harada olduğu açıqlanmır.
Qeyd edək ki, Nursultan Nazarbayev 1990-2019-cu illər aralığında Qazaxıstan Respublikasının prezidenti olub. O, ötən ilin noyabr ayında hakim “Nur Otan” partiyasının, bu il yanvarın 5-də isə ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Hər üç vəzifədə onu indiki prezident Qasım-Comərd Tokayev əvəz edib.