Saxta FHN polkovniki Türkiyədə bu məmuru da aldadıb - VİDEO


Xəbər verdiyimiz kimi
, özünü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi təqdim edərək Türkiyədə vəzifəli şəxslərlə görüşən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.

Yeniavaz.com xəbər verir ki, R. Əhmədli özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində iştirak etmiş kimi göstərərək qardaş ölkədə daha bir məmuru aldadıb.

Belə ki, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq, xuliqanlıq və qəsdən adam öldürməyə cəhd maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, hətta bələdiyyənin kanalına müsahibə də verərək yanğınların söznürülməsindəki "şücaətindən" danışıb.

Qeyd edək ki, FHN də məlumat yayaraq Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla da eyni üsulla görüşən həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top