Türkiyədə mükafat alan "FHN polkovniki" Azərbaycanda axtarışda imiş – VİDEO + YENİLƏNİB

Türkiyədə özünü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Marmaris bələdiyyəsi tərəfindən mükafatlandırılan Rasim Əhmədli Azərbaycanda axtarışdadır.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumata görə, Rasim Əhmədli bir müddət əvvəl Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verilib.

Hazırda o, axtarışdadır.


***12:00
Ötən gün Türkiyənin Marmaris şəhərində Bələdiyyənin təşkil etdiyi “Azərbaycan Komandiri Yenə Marmarisdədir” adlı mərasimdə özünü komandir kimi təqdim edən azərbaycanlı şəxs (Rasim Əhmədli) mükafat alıb.  
Yeniavaz.com
“Marmaris Life” jurnalına istinadla xəbər verir ki, mükafatlandırma barədə Türkiyə mediasında xəbər yayıldıqdan sonra isə Rasim Əhmədlinin FHN-nin əməkdaşı olmadığı üzə çıxıb. 
Verilən məlumata görə, Rasim Əhmədlinin yalanı iyul ayında baş verən yanğında Türkiyəyə köməyə gələn Azərbaycanlı yanğınsöndürənlərlə birgə ilə işləyən S.Ş.-nin diqqəti sayəsində üzə çıxıb. Belə ki, S.Ş. belə bir komandirin Marmarisə gəlmədiyini və həmçinin onun geyimi, rütbəsi və geyimin ad hissəsində də səhvlər olduğunu bildirib. 
Bunlarla yanaşı, həmin şəxs barədə “Google”da da məlumata rast gəlinməyib. Hətta araşdırmalara görə, yanğın zamanı Muğlada və Marmarisdə qalan əsgərlər sırasında həmin şəxsin adı olmayıb və həmçinin o, PCR testi də verməyib. 
Bu hadisələrdən sonra Marmaris bələdiyyəsi Azərbaycanın səlahiyyətli şəxsləri ilə rəsmi və qeyri-rəsmi yazışmalar aparıb. Belə bir şəxsin FHN-də və bu nazirliklə əlaqəli çalışan yanğınsöndürənlər sırasında olmadığı  məlum olub. Azərbaycan tərəfi Türkiyəyə belə bir əsgər göndərmədiyini qeyd edib.



 

DİGƏR XƏBƏRLƏR

Top