Mingəçevirdəki partlayış nəticəsində xəsarət alan qadın ölüb


Xəbər verdiyimiz kimi, dekabrın 28-də Mingəçevir şəhəri Günəşli bağlar massivi 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, partlayış zamanı ağır yanıq xəsarətləri alan və xəstəxanaya aparılan 1966-cı il təvəllüdlü Sevinc Qənbərova bu gün dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində 15-ə yaxın evə ciddi ziyan dəymişdi. İlkin versiya olaraq  hadisənin kombidən qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Lakin hələ ki, ekspertizanın rəyi açıqlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top