Mingəçevirdəki partlayışda yaralananların vəziyyəti açıqlandı - VİDEO + YENİLƏNİB


Xəbər verdiyimiz kimi, bu gün Mingəçevir şəhəri Günəşli bağlar massivi 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verib. 
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində 1966-cı il təvəllüdlü Sevinc Qəmbərova 70 faiz yanıq xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdirilib. Üz və qulaq nahiyəsindən kiçik yanıq xəsarətləri alan 1992-ci il təvəllüdlü Məmmədov İlkin Yaqub oğlu isə cərrahiyyə şöbəsinə yerləşdirilib. 1992-ci il təvəllüdlü Ələkbərova Aynurə İlqar qızı da hadisə zamanı başından küt xəsarət alıb və ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***12:40
Mingəçevir şəhəri Bağlar massivi 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verib. Partlayışın səsi şəhərin hər tərəfindən eşidilib.
Yeniavaz.com
xəbər verir ki, hadisə nəticəsində 8 evdə dağıntılar meydana gəlib.
Partlayış həmin küçənin sakini Sevinc Qəmbərovaya məxsus evdə baş verib, ev tamamilə yararsız vəziyyətə düşüb. 
İlkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Ev sahibi Sevinc Qəmbərova və oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Evi tamamilə dağılan qonşu Əliyev Valeh bildirib ki, mənzili tam yararsız vəziyyətdədir.
Hazırda faktla bağlı araşdırma aparılır.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top