Xəbər verdiyimiz kimi, ötən gün Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobusun Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində aşması nəticəsində iki azərbaycanlı həlak olub.
Yeniavaz.com xəbər verir ki, “qafqazinfo” qəza nəticəsində həlak olanlardan Qəmər Niyazovanın nişanlı olması haqqında məlumat yayıb. Bildirilib ki, 2002-ci il təvəllüdlü Qəmər Şərur rayonunun Dizə kənd sakinidir. Evin yeganə övladı olan 19 yaşlı qız atası ilə Türkiyəyə gedirmiş.
Hadisə nəticəsində həlak olan 1961-ci il təvəllüdlü Fazilə İsmayılova da Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakinidir. Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək.
Qeyd edək ki, qəza zamanı avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.