Ölənlər arasında azərbaycanlılar da var - Qarsda avtobus aşıb + VİDEO


Ötən gün axşam saatlarında Türkiyənin Qars vilayətində İğdır-Ankara reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.

Yeniavaz.com "hürriyet"ə istinadən xəbər verir ki, Qars-Ərzurum yolunda baş vermiş qəzada 4 nəfər həlak olub, 25 nəfər yaralanıb. Ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır.

Qəzanın Qarsın Sarıqamış rayonunda, Mscitli kəndi yaxınlığında baş verdiyi bildirilir.  3 DMZ 566 nömrə nişanlı sərnişin avtobusu yolun buzlaması və duman nəticəsində yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtobusun sərnişinlərindən olan Azərbaycan vətəndaşları G.Niyazova (19 yaş) və Fazilə İsmayılova (60 yaş) həlak olublar. Həlak olanlardan digər ikisi Türkiyə vətəndaşıdır. 25 nəfər ağır yaralanıb, yaralılar yerli xəstəxanalara çatdırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top