Yeniavaz.com xəbər verir ki, bu barədə Anna Maksakova öz instaqram hesabının hekayə bölməsində paylaşım edib.
Bu paylaşımdan sonra Teymur Rəcəbov da Anna Maksakova ilə yeni fotosunu paylaşıb və o, şəklə Annanın profilini təq edərək ürək emojisi qoyub.
Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.
Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.
