Teymur Rəcəbov Rusiya Xalq artistinin nəvəsi ilə nişanlandı – FOTOLAR


Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Anna Maksakova öz instaqram hesabının hekayə bölməsində paylaşım edib. O paylaşdığı fotoların birinin üzərinə “FİDE dünya çempionatında nişanlımla” sözlərini qeyd edib. Daha sonra isə Teymur Rəcəbov nişanlasının paylaşımını öz hekayə bölməsinə əlavə edərək məlumatı təsdiqləyib.
Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub.  Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var. 
Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.


DİGƏR XƏBƏRLƏR

Top