Şagirdlərin məktəbdə işlədilməsi ilə bağlı direktordan AÇIQLAMA + FOTOLAR


Cəlilabad rayonu, 8 saylı məktəbin direktoru Cəlil Abdullayev təmir zamanı şagirdlərin əməyindən istifadə olunması ilə bağlı məlumata münasibət bildirib.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, C.Abdullayev yeni təyin olunduğu bu vəzifəsində ona maneə yaradıldığını bildirib: “Əvvəl bu məktəbdə direktor müavini olmuşam, sonra imtahan verib direktor təyin edilmişəm. Sentyabrın 13-də işə başlamışam, direktor kimi işləməyimin hələ iki ayı olmayıb. Amma kimlərsə mənə işləməyə imkan vermir. Direktor təyin ediləndən sonra məktəbi səliqəli hala salmağa çalışıram. Bununla bağlı məktəbin həyətində şəhid bulağı tikmək istəyirdik.
Həmin vaxt məktəbə tikinti materialları gələndə mən orada olmamışam, uşaqlar da şəhid bulağının tikilməsi üçün kömək ediblər. Kimsə orada foto çəkərək yayıb. Əlavə sinif otaqları da tikmək istəyirdik, gördük alınmır, tikilən divarı da sökdük”.
Xatırladaq ki, Təhsil Nazirliyindən şagirdlərin tikinti materialı daşıması ilə bağlı məlumatların araşdırıldığı bildirilib.


DİGƏR XƏBƏRLƏR

Top