Şagirdlər fəhlə kimi işlədilir? - Nazirlik məsələni araşdırır + FOTOLAR


Cəlilabad rayonu, 8 saylı məktəbdəki təmir zamanı şagirdlərin əməyindən istifadə olunması ilə bağlı redaksiyamıza məlumat daxil olub. 
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, məktəbin yeni təyin olunan direktoru Cəlil Abdullayev məktəbdə tikinti normalarını pozur. İddiaya görə, direktor təhsil müəssisəsinin yeməkxanasında 3 sinif otağı inşa etdirir: "Ucuz işçi qüvvəsi kimi isə şagirdlərdən istifadə edir".
İddiada o da bildirilir ki, məktəb direktorunun yeni siniflərin açılmasında maddi marağı var.   
Təhsil Nazirliyinin mətbuat xidmətindən qeyd olunan məsələnin araşdırıldığı bildirildi.
Şikayətçilər sözügedən tikinti ilə bağlı fotoşəkilləri də saytımıza təqdim ediblər:


DİGƏR XƏBƏRLƏR

Top