Azərbaycanda ən yüksək və ən aşağı əmək haqqı hansı işlərdə verilir? – TAM SİYAHI


Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 728 manat 50 qəpik olub. 
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 152,3 manat, ən aşağı əmək haqqı isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 432 manat.
2021-ci ilin yanvar-iyul aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı bu cür olub:
İqtisadi fəaliyyət növləri CƏMİ Dövlət Qeyri-dövlət
Ölkə üzrə – cəmi 728,5 646,2 827,8
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 443,9 402,9 474,4
Mədənçıxarma sənayesi 3 152,3 1 681,0 4 030,7
Emal sənayesi 682,4 838,3 655,8
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 769,7 768,1 845,5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 553,0 516,5 941,6
Tikinti 868,8 703,4 922,1
Ticarət; nəqliyyat vasitələrinin təmiri 530,2 522,1 530,3
Nəqliyyat və anbar təsərrüfatı 931,7 877,5 1 019,1
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 574,5 1 206,5 550,6
İnformasiya və rabitə 1 165,9 898,8 1 462,1
Maliyyə və sığorta fəaliyyəti 2 066,7 1 986,1 2 087,9
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 679,8 676,1 681,9
Peşə, elmi və texniki fəaliyyət 1 195,6 722,2 1 857,9
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 432,0 390,0 578,6
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 981,5 1 015,8 329,7
Təhsil 529,4 520,4 807,4
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 537,0 540,2 519,8
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 544,3 482,5 1 318,8
Digər sahələrdə xidmətlərin göstərilməsi 724,3 1 148,3 674,4

DİGƏR XƏBƏRLƏR

Top