Azərbaycanda orta aylıq əmək haqqı 4 manat 40 qəpik artdı - RƏSMİ


Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 728 manat 50 qəpik olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-iyun) müqayisədə 4 manat 10 qəpik artıb. 
Belə ki, bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724 manat 40 qəpik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə orta aylıq nominal əmək haqqı 4 manat 80 qəpik artıb.
Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:
Yanvar – 690,9 manat
Yanvar-Fevral – 692,3 manat
Yanvar-Mart – 713,2 manat
Yanvar-Aprel – 722,3 manat
Yanvar-May – 724 manat
Yanvar-İyun – 724,4 manat
Yanvar-İyul – 728,5 manat

DİGƏR XƏBƏRLƏR

Top