Ermənilər təxribata əl atdı, millimizin əməkdaşı qarşısını aldı - FOTOLAR


Sentyabrın 1-i DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb. 
Yeniavaz.com xəbər verir ki, onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.
Bunu görən Azərbaycan milli yığmasının və "Sumqayıt" FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, həmin bayrağı onların əlindən alıb.  
Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top