
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident Vladimir Putinin açıq dərsində yaşanan hadisəyə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Peskov bildirib ki, məktəblinin Putində səhv tutması ədəbsizlik deyil: "Əminik ki, heç kim uşağı, xüsusən də belə istedadlı və bu qədər bilikli bir uşağı məktəbdən qovmayacaq. Bu təkəbbür və ya ədəbsizlik deyil".
Peskov, şagirdin davranışını "gənclərə xas olan həyasızlıq" adlandıran məktəb direktorunun mövqeyi ilə də razılaşmadığını da dilə gətirib.
Xatırladaq ki, dünən Putinlə məktəblilər arasında tarix mövzusu üzrə keçirilən açıq dərsdə Rusiya lideri I Pyotrun İsveçlə apardığı müharibəni “7 illik müharibə” adlandırıb. Şagirdlərdən biri isə söz istəyərək dövlət başçısının səhvini düzəldib:
"Bunu mənim fikrim hesab etməyin... Ümumiyyətlə, həmin döyüş 7 illik müharibə deyildi, sadəcə olaraq Şimal müharibəsi adlanır”.
Bunu eşidən Putin səhvini düzəldib və şagirdə diqqəti üçün təşəkkür edib.