
Rusiya prezidenti Vladimir Putinin şagirdlərlə keçirdiyi açıq dərsdə maraqlı hadisə yaşanıb.
Yeniavaz.com “Ria.ru”ya istinadla xəbər verir ki, tarix mövzusunu müzakirə edən Rusiya lideri I Pyotrun İsveçlə apardığı müharibəni “7 illik müharibə” adlandırıb. Yeniyetmə isə söz istəyərək dövlət başçısının səhvini düzəldib:
"Bunu mənim fikrim hesab etməyin ... Ümumiyyətlə, həmin döyüş 7 illik müharibə deyildi, sadəcə olaraq Şimal müharibəsi adlanır”.
Bunu eşidən Putin səhvini düzəldib və şagirdə diqqəti üçün təşəkkür edib.
Həmin görüntüləri təqdim edirik: