ABŞ xəbərdarlıq etdiyi terror aktının qarşısını nə üçün ala bilmədi? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi dünən Kabil hava limanında terror aktı baş verib. Partlayış nəticəsində 13 ABŞ hərbçisi də daxil olmaqla 170 nəfər dünyasını dəyişib. ABŞ hücumdan bir gün əvvəl İŞİD terror təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi. Ancaq, bunun qarşısını almaq mümkün olmadı. Mövzu ilə bağlı politoloq Elxan Şahinoğluna müraciət etdik.

O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, hava limanına hücum edilmədən əvvəl ətraf boşaldıla bilərdi ,ancaq burda ABŞ hərbçiləri yox, Əfqanıstan döyüşçüləri məsuliyyət daşıyır:
“Əlavə qüvvə ölkəni tərk edib və bütün  qüvvələr hava limanında yerləşib. Bu səbəbdən təhlükəsizlik tədbirinin görülməsi olduqca çətin idi.Terrorçular bu münbit şəraitdən istifadə edərək terror aksiyalarını törətdilər. Hava limanının hər iki tərəfdən mühasirədə olması təhlükəsizlik tədbirləri görülsə də terrorun qarşısını almaqda çətinliyə səbəb oldu”
Elxan Şahinoğlu əlavə etdi ki, terror yüzillərdir var. Əgər terrorçu hansısa bir terror aktını törətməyi qarşısına məqsəd qoyursa onu saxlamaq çətindir:
“Əgər kəşfiyyat məlumatı varsa tədbir görmək mümkündür. Ancaq, məlumat sadəcə partlayışı ola biləcəyindən ibarətdirsə terror aktının qarşısını almaq çətindir”.
Politoloq həmçinin  qeyd etdi ki, “Taliban”ın Əfqanıstanda sabit  hökumət qura bilməsini hadisələrin gedişatı göstərəcək, əgər “Taliban” keçmiş idarə etməyə qayıtsa ölkəni qapatsa, sərt qaydalarla idarə etsə o zaman ölkə yenə qarışacaq, qarşıdurmalar və terror olacaq. Ancaq, yeni siyasət ortaya qoysa müxtəlif qüvvələrlə koalisiya qursa onda  demək olar ki, dünyaya açıla biləcək. Bu  isə “Taliban”ın atacağı növbəti addımlardan asılı olacaq.

Aytac Xəlilova

DİGƏR XƏBƏRLƏR

Top