ABŞ və müttəfiqləri İŞİD-in Əfqanıstanın Kabil hava limanına hücumu ilə bağlı insanları hava limanından uzaq durmağa çağırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kabildəki səfirliyi vətəndaşlarını hava limanına getməməyə və hava limanının ətrafında gözləyənləri dərhal bölgəni tərk etməyə çağırıb. Bunun səbəbi kimi təhlükəsizlik təhdidləri göstərilib. Əfqanıstanın mülki aviasiya rəsmisi Əhmədullah Refikzay, hücumlar barədə xəbərdarlıqlara baxmayaraq insanların hava limanının qapısında sıx şəkildə toplaşmağa davam etdiklərini bildirib.