Bakıda ibtidai sinif müəllimi koronavirusdan ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin müəllimi Həsənova Gülzar Heydər qızı COVID-19-un qurbanı olub.
Daha əvvəl 23 yaşlı ingilis dili müəllimi Şəbnəm Qurbanova koronavirusdan vəfat etmişdi. Dünən isə Zəngilan rayon 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Bəşirova Əfşan Hilal qızının koronavirus infeksiyasından dünyasını dəyişib.
Allah rəhmət etsin!