"Necə şiddətli, ağır xəstəlikdir" - Bu sözləri yazandan 2 gün sonra vəfat etdi


Azərbaycanda 23 yaşlı ingilis dili müəllimi Şəbnəm Qurbanova koronavirusun qurbanı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib. 
2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edən gənc müəllimin vəfatı ilə bağlı başsağlığı rəyləri yazılıb. 
Ş.Qurbanovanın 2 gün öncə paylaşıdğı statusu təqdim edirik: "Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib".

DİGƏR XƏBƏRLƏR

Top