Rusiyalı S-400 mütəxəssisləri ABŞ-ın təzyiqi ilə Türkiyədən çıxarılıb? – AÇIQLAMA


“Türkiyədə S-400 zenit-raket komplekslərinə xidmət edən rus mütəxəssislər planlı şəkildə vətənlərinə dönürlər və heç bir qovulmadan söhbət gedə bilməz”.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, mütəxəssislər türkiyəli kadrlara keçdikləri təlimləri tamamlayıblar:
"Oradakı bütün mütəxəssislərimiz planlı şəkildə vətənlərinə dönürlər. Türk kadrlara keçilən təlimlər tamamlanıb. Bunu bir növ qovulma və ya başqa bir şey kimi təqdim etmək tamamilə səhvdir".
Qeyd edək ki, Türkiyədəki S-400 mütəxəssislərinin Rusiyaya geri qayıtması xəbərləri yayıldıqdan sonra bir çox xarici mətbuatda onların ABŞ-ın təzyiqi ilə geri göndərildiyi iddia edilmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ rəsmiləri Türkiyəyə S-400-ə alternativ təklif etdiklərini açıqlamışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top