ABŞ hökuməti: “Türkiyəyə S-400-ə alternativ təklif etdik”


ABŞ Türkiyəyə Rusiyanın S-400 zenit-raket kompleksləri əvəzində alternativ yol təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman CNN TÜRK -ə verdiyi müsahibədə deyib. O bildirib ki, S-400-ün satın alınması NATO ittifaqında problemlərə səbəb olub:
“Biz alternativ təqdim etdik, Türkiyə nə edəcəyini yaxşı bilir. Ümid edirəm ki, ortaq bir yol tapa bilərik"
Qeyd edək ki, ABŞ dövlət katibinin müavini dünən Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə danışıqlar aparıb. Bu, Bayden administrasiyası rəsmisinin Türkiyəyə ilk yüksək səviyyəli səfəri idi.

 

DİGƏR XƏBƏRLƏR

Top