Polis əməkdaşının təhqir olunması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA


Ucar rayon sakini Raqif Şirinovun, rayonun Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovla bağlı mətbuata açıqlama verdikdən sonra, idarə müdirinin kürəkəni Səlimov Zaur Qurban oğlunun zəng edərək onu və Ucar Rayon Polis Şöbəsinin əməkdaşını təhqir etməsi ilə bağlı iddiası barədə xəbər vermişdik. O, bununla bağlı səs yazısını da redaksiyamıza təqdim etmişdi.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirib ki, R. Şirinovun iddiaları Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırılır və məsələyə hüquqi qiymət veriləcək. O bildirib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top