Bayden uçan naməlum obyektlər haqqında verilən sualı cavablandırdı


ABŞ prezidenti Co Bayden jurnalistlərin uçan naməlum obyektlər (UNO) barədə verdiyi sualı cavablandırıb.
Yeniavaz.com
xəbər verir ki, mətbuat konfransında jurnalistlər Baydendən UNO-lar haqqında nə düşündüyünü soruşublar. "Fox News" müxbiri Obamanın "səmada bəzi cisimlər görüntülənib, onların nə olduğu bilinmir" ifadəsini xatırladaraq Baydenin fikirlərini öyrənmək istədiyini bildirib. ABŞ prezidenti isə gülümsəyərək "bu barədə Obamadan soruşaram" deyə cavab verib. Daha sonra salonu tərk edib. 
Qeyd edək ki, ABŞ hökuməti UNO-ların varlığını və və cisimlərin ələ keçirilərək laboratoriyda saxlandığı iddialarını rədd edir.

DİGƏR XƏBƏRLƏR

Top