Obama uçan naməlum obyektlərlə bağlı yayılan məlumatlardan danışdı – VİDEO


Uçan naməlum obyekt (UNO) mübahisələrinə ABŞ-ın sabiq prezidenti Barak Obama da qatıldı.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Obama UNO-larla bağlı bu sözləri deyib: "Əlimizdə göydə nə olduğunu tam olaraq bilmədiyimiz cisimlərin şəkilləri var. Onların necə hərəkət etdiklərini və istiqamətlərini dəqiq bilmirik. Onların izahı asan deyil. Təxmin edirəm ki, insanlar hələ də bu işi araşdırmağa böyük əhəmiyyət verirlər. Ancaq bu gün sizə deyəcək başqa bir məlumatım yoxdur".
Qeyd edək ki, ABŞ donanması tərəfindən lentə alınan UNO görüntüləri barədə mübahisələr hələ də davam edir.

DİGƏR XƏBƏRLƏR

Top