"Space TV"nin yeni rəhbəri istefa verib? – Nə hə, nə də yox deyir


Xəbər veridiyimiz kimi bir neçə gün əvvəl KİV-də "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın istefa verməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Ülviyyə Mikayılova ilə əlaqə saxladıq. O Yeniavaz.com-a bildirdi ki, mətbuata açıqlama vermir:
"Mən müəlliməm və mətbuata heç bir açıqlama vermirəm, inciməyin".
Ü. Mikayılova istefa verməsi ilə bağlı yayılan iddialar barədə ünvanladığımız sualı isə cavabsız qoyaraq zəngi sonlandırıb.
Qeyd edək ki, may ayının 5-də "Space TV"yə rəhbər təyin olunan Ü. Mikayılova, bu vaxta qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.
Xatırladaq ki, 2006-2021-ci illərdə “Space TV”nin rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top