"Space TV"nin yeni rəhbərinin istefa xəbəri yayıldı


KİV-də bir neçə gün əvvəl "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın istefa verməsi barədə xəbər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı "News24.az" saytı yayıb. Bildirilib ki, Ü.Mikayılova “Space TV”nin kollektivinə təqdim olunduqdan 5 gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib. İddia olunur ki, Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. Yayılan xəbərdə, "Space TV"ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.
İddialar barədə dəqiq məlumat almaq üçün televiziyaya etdiyimiz bütün zənglər cavabsız qaldı.
Qeyd edək ki, Ü.Mikayılova “Space TV”yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.
Xatırladaq ki, 2006-2021-ci illərdə “Space TV”nin rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top