İdarəetmədən çıxan raketin Yer kürəsinə düşəcəyi tarix açıqlandı - ABŞ hərəkətə keçdi


Çin tərəfindən kosmosa buraxılan ancaq, idarəetmədən çıxan 21 tonluq "Long March 5B" raketi ilə bağlı ABŞ hərəkətə keçib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqon sözcüsü Mays Hovard həmin raketin 8 may tarixində Yer kürəsinə düşməsini gözlədiklərini deyib. Hovard bildirib ki, bu işə mütəxəssislər cəlb edilib və raketin istiqaməti dəqiq şəkildə izlənilir:
“Raketin qalıqlarının yer üzündə hansı nöqtələrə düşəcəyi hələlik dəqiq bilinmmir. Bu ancaq, raketin yerə çatmasına saatlar qalmış məlum olacaq”.
Qeyd edək ki, Çinin kosmosa göndərdiyi raketin idarəetmədən çıxdığı bu səbəblə Nyu-York, Madrid və Pekin kimi şəhərlərin risk altında olduğu bildirilmişdi. Mütəxəssislərin sözlərinə görə, əgər həmin raketin böyük hissələri yaşayış yerlərinə düşsə çox sayda insan ölə bilər.

DİGƏR XƏBƏRLƏR

Top