21 tonluq raket idarəetmədən çıxdı, bu şəhərlərə xəbərdarlıq edildi – Çox sayda insan ölə bilər


Çinin kosmosa göndərdiyi “Long March 5b” adlanan 21 tonluq raket idarəetmədən çıxıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, həmin raketin yer kürəsinə düşə biləcəyi və çox sayda insanın ölümünə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib. Astronavt Conatan Makdovelin “SpaceNews”a verdiyi açıqlamaya görə Nyu-York, Madrid və Pekin kimi şəhərlər risk altındadır. Mütəxəssislərin sözlərinə görə, əgər həmin raketin böyük hissələri yaşayış yerlərinə düşsə çox sayda insan ölə bilər. 
Qeyd edək ki, Çin “Long March 5b” adlı raketi stansiya qurulması üçün kosmosa göndərmişdi.

DİGƏR XƏBƏRLƏR

Top