“Qaçqınkom”dan şübhəli tenderlər: büdcədən ayrılan pulları kimlərə ayırır? - TƏFƏRRÜAT


Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Mufkat Company” MMC (VÖEN-1702978111) olub.
“Qaçqınkom” məcburi köçkün ailələrinin köçürülməsi üçün “Mufkat Company” MMC ilə 15 min 540 manatlıq müqavilə bağlayıb.
Məlumat üçün bildirək ki, “Mufkat Company” MMC – 11.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Qaçqınkom” tender müsabiqəsini 30.03.2021-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 2 ay 20 gün əvvəl yaranıb. Cəmi 2 ay 20 gün əvvəl yaranan və 15 min manatlıq tenderin qalibi olan MMC “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Turabova Zeynəb Habil qızıdır. 
Qeyd edək ki, 11.01.2021-ci il tarixlərində “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Turabova Zeynəb Habil qızının qanuni təmsilçi olduğu “Afrodıta TM”, “Fokus SM Grup” və “Dermun Grup” adlı daha 3 şirkət qeydiyyatdan keçirib.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında  onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
 “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B”  ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı Ünvan Qanuni təmsilçi Nizamnamə kapitalı Qeydiyyat tarixi
"YUFQAN TK" Abbasqulu Abbaszadə, ev 1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11.01.2021
"FIRE AZLTD" Abbasqulu Abbaszadə, ev 1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11.01.2021
"ELSON AZ" Abbasqulu Abbaszadə, ev 1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11.01.2021
"YENI BAKI AZ" Abbasqulu Abbaszadə, ev 1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11.01.2021
"EGE-NEV TK QRUP" Abbasqulu Abbaszadə, ev 1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11.01.2021
"MOLINAR GRUP" Abbasqulu Abbaszadə, ev 1/B ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR 10 manat 11.01.2021
"MARSAL TK" Abbasqulu Abbaszadə, ev 1/B ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR 10 manat 11.01.2021
"DELONOR AZ QRUP" Abbasqulu Abbaszadə, ev 1/B ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR 10 manat 11.01.2021
"SEFKOM AZ" Abbasqulu Abbaszadə, ev 1/B ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR 10 manat 11.01.2021
"HÜNƏR AS LTD" Abbasqulu Abbaszadə, ev 1/B ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR 10 manat 11.01.2021
"MUFKAT COMPANY" Abbasqulu Abbaszadə, ev 1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11.01.2021
"DERMUN GRUP" Abbasqulu Abbaszadə, ev 1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11.01.2021
"FOKUS SM GRUP" Abbasqulu Abbaszadə, ev 1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11.01.2021
"AFRODITA TM" Abbasqulu Abbaszadə, ev 1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11.01.2021
"FEREDOS AZ" Abbasqulu Abbaszadə, ev 1/B SƏFƏROV RƏŞAD MURTUZA 10 manat 14.01.2021
"GEKSON-AZ" Abbasqulu Abbaszadə, ev 1/B AŞURLU ELŞAD CAVANŞİR 10 manat 18.01.2021
"AV-KOM LTD" Abbasqulu Abbaszadə, ev 1/B AŞURLU ELŞAD CAVANŞİR 10 manat 18.01.2021
"FERQON COMPANY" Abbasqulu Abbaszadə, ev 1/B AŞURLU ELŞAD CAVANŞİR 10 manat 18.01.2021
"OMSUN TK GRUP" Abbasqulu Abbaszadə, ev 1/B AŞURLU ELŞAD CAVANŞİR 10 manat 18.01.2021
"TETLOM AZ QRUP" Abbasqulu Abbaszadə, ev 1/B AŞURLU ELŞAD CAVANŞİR 10 manat 18.01.2021
"FAKTORIYA AZ" Abbasqulu Abbaszadə, ev 1/B BABAYEV ELŞƏN AZƏR 10 manat 25.01.2021
"TEQVIM AZ LTD" Abbasqulu Abbaszadə, ev 1/B BABAYEV ELŞƏN AZƏR 10 manat 25.01.2021
"EKO-LINE QRUP" Abbasqulu Abbaszadə, ev 1/B BABAYEV ELŞƏN AZƏR 10 manat 25.01.2021
"DEMLON AZ COMPANY" Abbasqulu Abbaszadə, ev 1/B HÜSEYNOV FÜZULİ ADİL 10 manat 25.01.2021
"FELON ASCOMPANY" Abbasqulu Abbaszadə, ev 1/B HÜSEYNOV FÜZULİ ADİL 10 manat 25.01.2021

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay 20 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur kİ, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin müabiqə (kotirovka sorğusu) elanı “e-tender.gov.az” saytına 30.03.2021-ci il saat 9:10-da yerləşdirilib. Sənəd qəbulu isə cəmi 20 dəqiqə sonra - 9:30-da başlayıb və 31.01.2021-ci il tarixində saat 17:00-da başa çatıb.
Xatırladaq ki, bu cür tender müsabiqələri “Qaçqınkom” tərəfindən əvvəllər də keçirilib. Aşağıdakı linklərə daxil olaraq “Qaçqınkom”un keçirdiyi şübhəli tenderlərlə tanış ola bilərsiniz:

“Qaçqınkom”dan daha bir şübhəli tender – Videoçarx üçün 40 min manat ayırıb

27 min manatlıq tenderi qazanan “6ES04Y4” MMC haqqında MARAQLI MƏLUMATLAR

Azərbaycanda görülməmiş hadisə: "Qaçqınkom" qanunsuz qəsəbə inşa edib – FOTOFAKT

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top