
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Doraqon” MMC (VÖEN-2006548961) olub.
“Qaçqınkom” video çarxların çəkilməsi üçün “Doraqon” MMC ilə 40 min 250 manatlıq müqavilə bağlayıb.
Məlumat üçün bildirək ki, “Doraqon” MMC – 21.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Qaçqınkom” tender müsabiqəsini 18.03.2021-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 2 ay əvvəl yaranıb. Cəmi 2 ay əvvəl yaranan və 40 min manatlıq tenderin qalibi olan MMC “Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əzizov Kamran Sədrəddin oğludur.
Qeyd edək ki, Əzizov Kamran Sədrəddin oğlu 18 və 21 yanvar tarixlərində “Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanında “Avareli”, “Karaveta”, “Fılded-K.E” və “Raıder-RR” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanında onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
“Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı | Ünvan | Qanuni təmsilçi | Nizamnamə kapitalı | Qeydiyyat tarixi |
"ANGILA-KO" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | ƏHMƏDOV SABİR ƏLSƏBRİ | 10 manat | 30 İyul 2020 |
"ARUBA-LTD" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | ƏHMƏDOV SABİR ƏLSƏBRİ | 10 manat | 29 İyul 2020 |
"BENIN-LTD" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | AĞAYEV ELNUR ƏLƏDDİN | 20 manat | 4 Avqust 2020 |
"VİRGİN-A.E" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | AĞAYEV ELNUR ƏLƏDDİN | 20 manat | 4 Avqust 2020 |
"YANIXLI" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | VƏLİYEV CAMAL ŞAKİR | 10 manat | 13 Avqust 2020 |
"BORANLI" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | VƏLİYEV CAMAL ŞAKİR | 10 manat | 13 Avqust 2020 |
"DITAKC" | Səmədbəy Mehmandarov, ev 16, m. 9 | QƏHRƏMANOV KAMRAN KAMİL | 10 manat | 14 Sentyabr 2020 |
"ANQARA" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | KƏRİMOV BÖYÜKKİŞİ ƏHMƏD | 20 manat | 4 Sentyabr 2020 |
"BREQ" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | KƏRİMOV BÖYÜKKİŞİ ƏHMƏD | 20 manat | 4 Sentyabr 2020 |
"BAKASSI" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | FƏRHADOV ƏNVƏR EYNULLA | 10 manat | 21 Dekabr 2020 |
"ADELEYA" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | FƏRHADOV ƏNVƏR EYNULLA | 10 manat | 21 Dekabr 2020 |
"BORDEN" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | FƏRHADOV ƏNVƏR EYNULLA | 10 manat | 21 Dekabr 2020 |
"ABRAY-333" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | FƏRHADOV ƏNVƏR EYNULLA | 10 manat | 21 Dekabr 2020 |
"KOÇUN" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | PİRİYEV ƏDALƏT BAYRAM | 20 manat | 13 Yanvar 2021 |
"SİNİŞA" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | PİRİYEV ƏDALƏT BAYRAM | 20 manat | 13 Yanvar 2021 |
"HƏDD-TT" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | PİRİYEV ƏDALƏT BAYRAM | 20 manat | 13 Yanvar 2021 |
"BRIXDI-2021" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | PİRİYEV ƏDALƏT BAYRAM | 20 manat | 14 Yanvar 2021 |
"AVARELİ" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | ƏZİZOV KAMRAN SƏDRƏDDİN | 10 manat | 18 Yanvar 2021 |
"KARAVETA" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | ƏZİZOV KAMRAN SƏDRƏDDİN | 10 manat | 18 Yanvar 2021 |
"RAIDER-RR" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | ƏZİZOV KAMRAN SƏDRƏDDİN | 10 manat | 21 Yanvar 2021 |
"DORAQON" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | ƏZİZOV KAMRAN SƏDRƏDDİN | 10 manat | 21 Yanvar 2021 |
"FILED-K.E" | Səmədbəy Mehmandarov, ev 16, m. 108 | ƏZİZOV KAMRAN SƏDRƏDDİN | 10 manat | 21 Yanvar 2021 |
Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Xatırladaq ki, bu cür tender müsabiqələri “Qaçqınkom” tərəfindən əvvəllər də keçirilib. Aşağıdakı linklərə daxil olaraq “Qaçqınkom”un keçirdiyi şübhəli tenderlərlə tanış ola bilərsiniz:
27 min manatlıq tenderi qazanan “6ES04Y4” MMC haqqında MARAQLI MƏLUMATLAR
Azərbaycanda görülməmiş hadisə: "Qaçqınkom" qanunsuz qəsəbə inşa edib – FOTOFAKT
A. Cəfərov