Qasparyan məxfi iclasda qeydə alınan səs yazı ilə bağlı açıqlama verdi


Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyan yayılan səs yazısı ilə bağlı açıqlama verib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Qasparyan 30 sentyabr 2020-ci ildə Ermənistanda keçirilən Təhlükəsizlik Şurasının iclasında qeydə alınan səs yazısının tam versiyasının yayılmasını tələb edib. O bildirib ki, həmin nitq yayıldığı təqdirdə dediyi bütün məlumatlar öz təsdiqini tapacaq.
Qeyd edək ki, Qasparyanın Ermənistan Təhlükəsizlik Şurasının 30 sentyabrda keçirilən iclasında çıxışı zamanı qeydə alınan səs yazısı yayılmışdı. Orada Qasparyanın müharibənin dayandırılmasının lazım olduğuna dair heç bir ifadə işlətmədiyi bildirilmişdi. 
Xatırladaq ki, Onik Qasparyan əvvəlki çıxışlarında müharibənin 4-cü günü vəziyyəti təqdim etdiyini və müharibəni ən qısa müddətdə dayandırmağa çağırdığını bildirmişdi. Paşinyan hökuməti isə Qasparyanın bu sözlərini təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top