Ermənistan Təhlükəsizlik Şurasının məxfi elan edilən iclasından Qasparyanın SƏS YAZISI yayıldı


Ermənistan Təhlükəsizlik Şurasının 30 sentyabrda keçirilən iclasından səs yazısı yayılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, yayımlanan səs yazısı Ermənistanın sabiq baş qərargah rəisi Onik Qasparyana aiddir. Orada Qasparyanın müharibənin dayandırılmasının lazım olduğuna dair heç bir ifadə işlətmədiyi vurğulanıb. 
Qeyd edək ki, Onik Qasparyan əvvəlki çıxışlarında müharibənin 4-cü günü vəziyyəti təqdim etdiyini və müharibəni ən qısa müddətdə dayandırmağa çağırdığını bildirmişdi. Paşinyan hökuməti isə Qasparyanın bu sözlərini təkzib etmişdi. 
Həmçinin bildirək ki, Ermənistan qanunlarına görə, Təhlükəsizlik Şurasının iclasları məxfi sayılır. Orada danışılan mövzular 10 müddətinə heç yerdə yayımlana bilməz.

DİGƏR XƏBƏRLƏR

Top