Bakıda cərimədən yayınmaq istəyən şəxs, özünü Corc Floyd kimi apardı – VİDEO + RƏSMİ AÇIQLAMA


Ötən gün Bakıda bir nəfər polislə mübahisə etdikdən sonra özünə xəsarət yetirməyə çalışıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Hadisə ötən gün “28 Mall”un qarşısında baş verib.  İddialara görə sözügedən şəxs xarici vətəndaş olub və tibbi maskadan istifadə etmədiyə görə polis tərəfindən cərimə olunub. Buna görə etiraz edən vətəndaş, özünə xəsarət yetirməyə çalışıb. 
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, yayılan videgörüntülərdə əks olunan şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanunu tələblərinə etinasız yanaşaraq özünü xarici ölkə vətəndaşı kimi təqdim edib: “Həmin şəxs inzibati xəta tərkibi yaradan əməlindən polisi yayındırmaq üçün özünü qəsdən yerə yıxaraq, hay-küy yaradıb.  Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir”.  
E.Hacıyev onu da diqqətə çatdırıb ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməsi məcburidir: “Tbbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır”.
Qeyd edək ki, bəhs edilən şəxsin cərimədən yayınmaq üçün ingiliscə işlətdiyi sözlər diqqət çəkib. Onun ingiliscə dediyi "i can't breathe" (nəfəs ala bilmirəm) ifadəsi ABŞ da baş verən qaradərili Corc Floyd qətlindən sonra sloqana çevrilib. Belə ki, Corc Floyd polis tərəfindən zorakılığa məruz qalıb öldürülməmişdən əvvəl həmin sözləri işlətmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top