Həbs edilən general: 17 il nazirlik edən Əhmədovun DOSYESİ


Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Əhməd Əhmədov mənimsəmədə təqsirləndirilərək saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
həbs olunan sabiq nazirin açıq internet resurslarında yerləşdirilmiş dosyesini təqdim edir:
Ə. Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1990-cı ildən daxili işlər orqanlarında fəaliyyət göstərməyə başlayıb. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib. 2000-ci ildə isə ona Naxçıvan Şəhər Polis Şöbəsinin rəis müavini vəzifəsi verilib.
Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilib.
Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilib.
Ailəlidir. Dörd övladı var.

DİGƏR XƏBƏRLƏR

Top