Baş prokurorluq Naxçıvanın sabiq nazirinin həbsini təsdiqlədi - YENİLƏNİB


Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs xəbəri rəsmi təsdiqlənib.

Yeniavaz.com-un xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, sabiq nazirin həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.
Xatırladaq ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

***8 mart, saat 22:31
Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov  Naxçıvanda həbs edilib.

Yeniavaz.com unikal.org-un əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ə. Əhmədov  mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top