Moskvada ermənilər və azərbaycanlıların davası ilə bağlı cinayət işi açıldı - VİDEO

Dünən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə cinayət işi başladılıb.

Bildirilir ki, ümumilikdə 25 nəfər saxlanılıb.

Polisdən iğtişaşlarda iştirak edənlərə 5 il müddətinə Rusiyaya giriş qadağasının qoyula biləcəyi xəbərdarlığı edilib.

Qeyd edək ki, Rusiyada ermənilər azərbaycanlıya aid kafeyə hücum etməsi ilə bağlı xəbər yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top