Rusiyada ermənilər azərbaycanlıya aid kafeyə hücum etdilər - VİDEO


Sosial şəbəkələrdə ermənilərin xaricdəki soydaşlarımızdan birinə qarşı törətdiyi növbəti vəhşiliyin kadrları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Rusiyada baş verib. Həmyerlimizə məxsus kafeyə girən 7 erməni əvvəlcə ona hücum edib və əllərindəki müxtəlif alətlərlə ona vurmağa çalışıblar. Həmyerlimiz daha sonra kafedəki başqa bir otağa keçib. Bu zaman ermənilər ona müxtəlif şeylər atıblar və çıxarkən kafeni dağıdıblar. Bununla da ermənilər öz xislətlərini bir daha dünyaya nümayiş etdiriblər.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, son günlərdə ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərkən REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızına və Brüseldəki soydaşlarımızdan ikisinə ciddi xəsarət yetiriblər. Bundan başqa Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə ermənilərin sayca özlərindən dəfələrlə az həmvətənlərimizə hücum etmiş və 7 nəfər ağır xəsarət almışdı.

DİGƏR XƏBƏRLƏR

Top