Deputat Milli Məclidə 35 nəfərin işdən çıxarılmasından danışdı - Nazirlik cavab verdi


Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.
"Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub. 
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında millət vəkili Aqil Abbas, Ağcabədi rayonunda kitabxana işçilərinin işdən çıxarılması barədə danışmışdı.

DİGƏR XƏBƏRLƏR

Top