Aqil Abbas: "Bu qədər büdcəsi olan dövlətimiz 35 nəfərin aldığı 200 manata möhtacdır?"


"Doğurdanmı bu qədər büdcəsi olan dövlətimiz 35 nəfərin aldığı 200 manata möhtac olub?".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas, Ağcabədi rayonunda kitabxana işçilərinin işdən çıxarılması barədə verilən göstərişi tənqid edərkən deyib. O bildirib ki, rayonların heç birində bir dənə də olsun kitab mağazası yoxdur:
"Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər, başa düşə bilmirəm. Görünür ki, başa da düşə bilməyəcəyəm. Ağcabədidə 105 nəfər kitabxanalarda çalışan insan var. 2 minə qədər kənd kitabxanalarını ləğv elədilər. Neynirlər e kitabı? Elədilər, eybi yox. İndi də, 35 nəfəri ixtisar edirlər. Möhtərəm prezident iş yerləri açır və bunlar təkcə Ağcabədidə 35 nəfəri ixtisar edirlər. Doğurdanmı bu qədər büdcəsi olan dövlətimiz 35 nəfərin aldığı 200 manata möhtac olub? Bu nə məsələdi? Ona görə də mən Maliyyə Nazirliyindən xahiş edirəm, bu kitablarla işiniz olmasın. O qədər ixtisar olunmalı yer var ki. Heç bir kənddə, heç bir rayonda bir kitab mağazası yoxdur. Kitabı haradan alacaqlar. Bir dənə rayon adı çəksinlər ki, orada kitab mağazası var. Nədir bu kitablara münasibət?".
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Aqil Abbas, icra hakimiyyətləri üçün tikilən inzibati binalara xərclənən vəsaitləri tənqid edib:
"Var belə strukturlar ki, yığıblar, doldurublar. Məsələn elementar bir şey deyim, rayon var elə bir icra hakimiyyəti binası tikiblər ki, həmin rayonun özünü orada yerləşdirmək olar".

DİGƏR XƏBƏRLƏR

Top