Məlumata görə, bu gün şair İmadəddin Nəsiminin yubileyi ilə bağlı ölkə üzrə 650 min ağac əkilməlidi. Məncə, gözəl tədbirdi və alqışlamaq, imkan daxilində iştirak etmək lazımdı. Çünki ata-babalarımız deyiblər ki, abad kənd yolundan bəlli olar. Onu da deyiblər ki, yaşıllığı çox olan kəndin qəbiristanlığı kiçik olar. Hər iki deyim dəqiq ifadə olunub. Qoy birini də mən deyim: yaşıllığı çox olan şəhər daha gözəl olar. (Deyəsən, alınmadı.)
Bakı son onilliklərdə çox böyüyüb və gözəlləşib - göydələnlər, müasir yaşayış kompleksləri, otellər, meydanlar, yol qovşaqları, metro stansiyaları və sair istifadəyə verilib. (Elə düşünməyin ki, mənim paytaxtımızın kəm-kəsirli tərəfəflərindən, abidələrə vurulan yamaqlardan və sairdən xəbərim yoxdu. Yazsam uzun olar...) Amma bu gün Bakının, Abşeronun yaşıllığa daha böyük ehtiyacı var. Çünki Bakının havası ürəkaçan deyil, bağları, parkları azdı. Mövcud parklarda da yaşıllıq lazımi qədər deyil. Respublikamızın əksər şəhərlərində də vəziyyət qənaətbəxş deyil. Deməli, yaşıllaşdırma genişləndirilməlidi. Doğrudur, hər il bu işə milyonlar xərclənir, amma əkilən tinglərin və kolların xeyli hissəsi qayğısızlıqdan məhv olur. Bakıda yaşıllıq sahələri var, ildə bircə dəfə də olsun suvarılmır. Halbuki, o ağacların əkilməsinə və böyüdülməsinə balalarımızın ehtiyacı ola-ola qıyılmayan uşaqpulundan qat-qat çox vəsait xərclənib...
Neçə illər ərzində paytaxtda davam edən irihəcmli tikinti və restavrasiya işləri, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Məlumat üçün deyək ki, hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Bu isə aşağı göstəricidi. Statistikaya inansaq, son 10 ildə 103 min hektar sahədə meşə bərpa işləri aparılıb və yeni meşələr salınıb. 80 milyona qədər ağac yetişdirilib. Son 5 ildə təkcə magistral avtomobil yollarının ətrafında 4 milyon 711 minə qədər ağac əkilib. Bu isə təxminən 4 min hektar ərazini əhatə edir. Bu illər ərzində paytaxtda və ölkənin müxtəlif regionlarında meşə fonduna daxil olmayan ərazilərdə 21 milyondan çox ağac əkilib və yaşıllıq salınıb. Amma gəlin görək quru, külək əsəndə toz qopan, qaynar günlərdə kölgələnməyə ağac tapılmayan sahələr nə qədərdi. Çooox! Axı o yerlər də Vətən torpağıdı. Vətən torpağını qorumaq uğrunda igidlərimiz canlarını verirlər. Bəs biz əlimizin altında olan torpaqlarımızın qədrini necə bilirik? Təəssüf ki, bu barədə də ürəkaçan söz demək olmur. Çünki hər il min hektarlarla əkinə yaralı torpaq sahələri eroziyaya, şoranlaşmaya məruz qalır. Axı, torpaq elə sərvətdir ki, onun qiymətini heç nə ilə dəyərləndirmək mümkün deyil...
Buna görə də, müvafiq dövlət sturukturları ilə yanaşı, hər kəs yaşadığı ərazidə torpağın qorunması üçün səy göstərməli, heç olmasa, bir ağac əkib böyütməli, yaxud yaşıllıqların qorunmasına kömək etməlidi. Qoy, özümdən başlayım. Şəxsən mən bir paytaxt sakini kimi Bakıda öz istəyimlə iki yüzdən çox ağac əkib becərmişəm və bu işdən zövq alıram. Qısaca desəm, Bakıda salam verib, salam aldığım adamların sayından çox ağac dostlarım var. Bekar olanda, darıxanda onların görüşünə gedir, o ağac və kollara qayğı göstərməyə çalışıram. Bu, mənə ürək rahatlığı verir.
Çox istərdim ki, məktəblərdə təbiət dərslərinin saatını artırsınlar. Qoy uşaqlarımız təbiəti, yaşıllığı balacalıqdan sevsinlər. Nə isə...
Bu gün ağacəkmə kampaniyasında iştirak edən hər bir soydaşımıza "əlləriniz var olsun, ürəyinizin odu sönməsin" deyirəm. Qoy arzularınız da o ağaclar kimi tumurcuqlasın və gül açsın!
Mən də bu gün boş saatlarımda redaksiyanın otaqlarındakı gül kollarına qayğı göstərdim və bəzilərini suvardım.